Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızı dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, M.Ağayeva Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin birinci kurs tələbəsi idi.
Qeyd edək ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 19-u isə xəsarət alıb.