55 yaşlı alman atlet İzabelle Vert Olimpiya Oyunlarında səkkizinci qızıl medalını qazanıb.

"Unikal" xəbər verir ki, o, Almaniya komandasının tərkibində komanda yarışında qalib gəlib.

Vert ilk qızılını 1992-ci ildə Barselona Olimpiadasında qazanıb.

Ümumilikdə alman qadının səkkiz qızıl və beş gümüş medalı var.