Ukrayna Livanın təhlükəli bölgələrindən vətəndaşlarını təxliyə edir. Artıq 30 nəfər - 21 qadın və 9 uşaq təxliyə edilib.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Zelenski bildirib ki, təxliyə Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.
Onun sözlərinə görə, ukraynalılar dünyanın hansısa bir yerində təhlükə ilə qarşılaşarsa onlar vətənlərinə təxliyə edilirlər.