“Nova Credit Bank Olmayan Kredit Təşkilatı” MMC təsisçilərinin ümumi yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, yığıncaqda təşkilatın 11.07.2024 tarixli qərarına əsasən “Nova Credit BOKT” MMC-nin hüquqi ünvanı dəyişdirilərək Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 3G – “Red Plaza” olaraq müəyyən edilib.
Qeyd edək ki, “Nova Credit BOKT” MMC-nin fəaliyyətinə dair digər bütün məlumatları təşkilatın aşağıdakı rəsmi səhifələrindən əldə edə bilərsiniz:
İnternet saytı: www.novacredit.az
Facebook səhifəsi: https://www.facebook.com/novacredit.az
Instagram səhifəsi: https://www.instagram.com/novakredit.az
Youtube səhifəsi: https://www.youtube.com/@NovaCredit-o8g
“Nova Credit BOKT” MMC 2023-cü ilin may ayında təsis edilib və “Azərbaycan Mərkəzi Bankı”nın lisenziyası əsasında fəaliyyət göstərir.