Türkiyəni xarici işlər naziri Hakan Fidanın Qahirədə Misirin xarici işlər naziri Bədr Əbdüləti ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında söylədiyi sözlərlə diqqət çəkib.
"Unikal" xəbər verir ki, İsrailin Qəzzada on minlərlə günahsız dinc sakinin ölümünə səbəb olan hücumlarına reaksiya verən Fidan beynəlxalq nizamın təməllərinin sarsıdılmasında əsas məsuliyyətin İsrailə "şərtsiz" dəstək verənlərin olduğunu vurğulayıb:
Nazir ABŞ-nin İsrailin törətdiyi hər cür pisliyi "azaltmaq" səylərinin artıq qəbuledilməz bir yol olmadığını ifadə edərək, "Sahiblər indi İsrailin ipini götürməli və onu qorumalıdırlar. Bölgə İsrailin daha heç bir təxribatına dözəcək vəziyyətdə deyil",- deyib.
Fidanın açıqlaması sosial mediada böyük əks-səda doğurub. Mövzu ilə bağlı “Söz çox gözəldi”, “Allaha qurban olum”, “Tarixi çıxış” kimi şərhlər səsləndirilib.