Dağıstanda respublika çempionatı çərçivəsində keçirilən şahmat oyunu faciə ilə başa çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Qafqaz Federal Dairəsinin çempionu Əminə Abakarova rəqibi Umayqanat Osmanovanı zəhərləməyə cəhd edib.
Belə ki, o, rəqibinin lövhəsinin yanına civə töküb. Abakarova şəxsi düşmənçilik zəminində hərəkət etdiyini etiraf edib.
Onun sözlərinə görə, Osmanova çempion və yaxınları haqqında xoşagəlməz sözlər deməklə Abakarovanın reputasiyasını ləkələyib.
Şahmatçı bildirib ki, o, ancaq rəqibini qorxutmaq istəyib.