Sumqayıtda yaşayış binasında partlayış olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda yerləşən binaların birindəki mənzildə qeydə alınıb.

Belə ki, partlayış mənzilin hamam otağında su qızdırıcısının partlaması nəticəsində baş verib.

Hadisə zamanı mənzildəki Arzu Orucov xəsarət alıb. Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.