Avropanın yaşıl meydanlarında aparıcı futbol klubları arasında yoldaşlıq görüşləri keçirilib.

"Unikal" xəbər verir ki, Avstriyanın "Şturm Qras" kollektivi ilə üz-üzə gələn PSJ rəqibi ilə bacarmayıb. İki qola imza atan Fransa çempionu qapısında da iki top görüb - 2:2.
"Arsenal" Almaniya "Bayer"ini darmadağın edib. "Topçular" Bundesliqanın son qalibinin qapısından dörd top keçiriblər. Xavi Alonsonun yetirmələri bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 4:1.