Rusiya Müdafiə Nazirliyinin keçmiş rəis müavini, ordu generalı Dmitri Bulqakova qarşı daha bir ittiham aktı elan olunub.
"Unikal" xəbər verir ki, Bulqakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (xüsusilə böyük miqyasda dələduzluq) ilə günahkar bilinib.
Bu ittiham aktı Sankt-Peterburqda S. M. Kirov adına Hərbi Tibb Akademiyasına müəyyən avadanlıqların verilməsi ilə bağlıdır.
İyulun 26-da Bulqakov korrupsiya ilə bağlı cinayət işi üzrə saxlanılıb. O, hazırda Lefortovo istintaq təcridxanasındadır.