Misir hakimiyyəti bildirib ki, ölkənin aviaşirkətləri İranın hava məkanından istifadə etməkdən çəkinməlidirlər.
"Unikal" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" televiziya kanalı məlumat yayıb.
"Bütün Misir aviadaşıyıcıları Tehranın hava nəqliyyatı idarəsinin nəzarət etdiyi ərazidən qaçmalıdır. Bu hava məkanında heç bir uçuşa icazə verilməyəcək", - deyə Misir hava yolları üçün bildirişdə qeyd olunub.
Məlumata əsasən, bu qərar İranın İsrailə mümkün hücumları ilə bağlı ehtiyatla bağlıdır. Lakin İran tərəfi bu narahatlıqları təkzib edərək bildirib ki, məhdudiyyətlərə səbəb cümə axşamı gecəsi planlaşdırılan hərbi təlimlər olub.