Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhəddindəki hərəkətlərindən dərs çıxarmaq və düşməni amansızcasına məğlub etmək lazımdır.
"Unikal" xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.
"Baş verənlərdən ciddi dərs çıxarmaq və Baş Qərargah rəisi Valeri Gerasimovun Ali Baş Komandana söz verdiyini yerinə yetirmək lazımdır - düşməni amansızcasına məğlub edib məhv etmək”, - siyasətçi yazıb.
Medvedev vurğulayıb ki, “Ukronazilərin Kursk vilayətində terror əməliyyatının səbəbləri və məqsədləri artıq analitikada ətraflı və obyektiv şəkildə öz əksini tapıb”.
Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinə hücum edib. İnsident nəticəsində 5 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Gülayə Mecid