"Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə hücumu potensial sülh danışıqlarına müsbət təsir göstərəcək və Kiyevin mövqeyini gücləndirəcək".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna telemarafonunun efirində bildirib.
"Rusiya Federasiyasının bu və ya digər sərhəd bölgəsində baş verənlər sosial təbəqələrə psixoloji təsir göstərəcəkmi? Onları qorxutacaqmı? Bəli. Onlar qorxudan başqa bir şeyə reaksiya verirlərmi? Xeyr”, - Podolyak deyib.
O hesab edir ki, Moskva istənilən kompromisləri zəiflik kimi qəbul edir. Onun sözlərinə görə, Ukraynanın danışıqlarda mövqeyini gücləndirmək "müharibə xərclərini artırmaqla" əldə edilməlidir.
Avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri sərhədi keçərək Kursk vilayəti ərazisinə daxil olmağa cəhd ediblər. Rusiya Müdafiə Nazirliyi 300-ə yaxın ukraynalı əsgərin Oleşnya və Nikolaevo-Daryino yaşayış məntəqələri yaxınlığında rus qoşunlarının mövqelərinə hücum etdiyini bildirib. Bunun üçün onlar 11 tank və 20-dən çox zirehli döyüş maşınından istifadə ediblər.
Gülayə Mecid