"Trabzonspor" heyətinə yeni oyunçu cəlb edib.
"Unikal" xəbər verir ki, Superliqa təmsilçisi "Zarya"dan müdafiəçi Arseniy Bataqovu alıb.
Məlumatı Türkiyə klubunun mətbuat xidməti yayıb.
22 yaşlı futbolçunun transferi "Trabzonspor"a 1,8 milyon avroya başa gəlib. Ukraynanın U-23 millisinin üzvü 4 illik müqaviləyə imza atıb.