Braziliyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 60-dan çox insan həlak olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ATR-72 turbovintli təyyarənin qəzaya uğradığı Valinyos şəhərinin meriyası təyyarədə olanların heç birinin sağ qalmadığını təsdiqləyib.
Təyyarə Kaskaveldən Quarulyosa daxili uçuş həyata keçirərkən qəzaya uğrayıb. Naməlum səbəbdən ATR-72 yerə çırpılıb.
*** 21:37
Braziliyanın Vinhedo qəsəbəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 68 nəfərin olduğu bildirilir.
"Voepass Linhas Aéreas" aviaşirkətinin məlumatına görə, bu, Kaskavel şəhərindən Quarulyosa uçan ATR-72 sərnişin təyyarəsidir.