İran prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə Tehranın cavabı olaraq İsrailə birbaşa hücumun əleyhinədir.
"Unikal" xəbər verir ki, bu barədə "The Daily Telegraph" mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, siyasətçi regionda ciddi eskalasiyanın qarşısını almaq üçün yəhudi dövlətinin digər ölkələrdəki hərbi obyektlərinə zərbələr endirməyə çağırır.
"Pezeşkian qorxur ki, İsrailə hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər. O, sonuncu gərginliyi xatırladaq "bəxtimiz gətirdi ki, sonuncu dəfə İsraillə genişmiqyaslı müharibəyə girmədik" deyib", - deyə nəşr qeyd edib.