ABŞ prezidentliyinə namizəd Donald Trampın təyyarəsində texniki nasazlıq yaranıdığı üçün Montana ştatında hava limanına yönləndirilib.

"Unikal" xəbər verir ki, bu barədə NBC kanalı məlumat verib.

Telekanalın məlumatına görə, keçmiş prezident Donald Trampın təyyarəsi texniki nasazlıq səbəbindən başqa hava limanına yönləndirilib. O, Bozeman şəhərinə başqa təyyarə ilə gedib. Burada o, seçicilərlə görüşəcək.