Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası körpə ölümünə aydınlıq gətirib.
Xəstəxananın Doğum şöbəsinin həkim-ginekoloqu Gülbəniz Musayeva “Unikal”a açıqlamasında körpənin ölüm səbəbini açıqlayıb: “Körpə qohum nikahından dünyaya gəlib. Doğuş zamanı körpənin ürək döyüntüsü vardı. Doğulandan sonra uşağın ağzından, burnundan qan gəlib və dölündə çirkli maye müşahidə olunub. Bu uşağın ürək döyüntüsü olsa da nəzərə almaq lazımdır ki, qohum nikahlarında uşaqlar çox vaxt qüsurlu doğulur.Valideyin cütlük də xalauşaqlarıdır. Bu erkən ölümün birinci səbəbidir. İkinci əsas səbəblərdən biri də körpənin göbək ciyəsində düyün var idi.”
XXX
09:21
Mingəçevirdə doğuş zamanı körpə ölümü qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, xəstəxananın Doğum şöbəsində Şəlalə Abdullazadənin dünyaya gətirdiyi körpə oğlan uşağının ölü doğulduğı bildirilir.
Faktla bağlı araşdırma aparıllr.
Ehtiram Muradov