Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülən Atilla Muradlı Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkanar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbəsi olacaq.

“Unikal” xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, o qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.
O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur.
A. Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.
 Elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.
 A.Muradlı 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcek Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcəkdir.