Ukrayna Silahlı Qüvvələrinin Enerqodar şəhərinə hücumu nəticəsində Zaporojye Atom Elektrik Stansiyasının soyutma sistemləri yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Zaporojye AES-in bütün altı enerji bloku soyudulub, buxar partlayışı təhlükəsi yoxdur.
“Ukrayna Silahlı Qüvvələrinin Enerqodar şəhərini atəşə tutması nəticəsində Zaporojya AES-in soyutma sistemlərində yanğın baş verib. Atom Elektrik Stansiyasının və Enerqodar şəhərinin ətrafında radiasiya fonu normaldır”, - deyə o yazıb.
Balitski əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerində işləyirlər, o, Zaporojye vilayətinin sakinlərini “sakit olmağa” və “yalnız təsdiqlənmiş və rəsmi məlumatlara” inanmağa çağırıb.
“Stansiya rəhbərliyi ilə birlikdə vəziyyəti nəzarətdə saxlayırıq. Vəziyyət tam nəzarət altındadır və stansiya və sakinlər üçün heç bir fəsad törətmir”.