Gəncədə zəncirvari qəzada xəsarət alanların olduğu qeydə alınıb.

“Unikal”ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində Heydər Əliyev parkının yaxınlığında hərəkətdə olan “Kia” və iki “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qeyd edək ki, qəza zamanı 1994-cü il təvəllüdlü İ.Tanrıverdiyev, 1992-ci il təvəllüdlü E.Babayev və 2004-cü il təvəllüdlü A.Əlizadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər 3 avtomobilə isə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov