Britaniyanın "Paris-2024" Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi bəlli olub.

"Unikal" xəbər verir ki, britaniyalı idmançılar Olimpiadada 14 qızıl, 22 gümüş, 29 bürünc medal qazanıb. Bununla da Böyük Britaniya yekun sıralamada 7-ci yerə yiyələnib. Qızıl medallar 11 müxtəlif idman növü üzrə qazanılıb.

"Paris-2024" Yay Olimpiya Oyunlarında ABŞ 126 medalla 1-ci, Çin 91 medalla 2-ci, Yaponiya isə 45 medalla 3-cü yeri tutub.

Qeyd edək ki, Britaniya Tokio Olimpiadasında 22, Rioda isə 27 qızıl medal qazanmışdı.