Nüfuzlu “FourFourTwo” nəşri dünyanın 21 yaşa qədər ən yaxşı gənc futbolçularının adlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, 50 oyunçunun yer aldığı siyahıya İspaniya millisinin və “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal başçılıq edir. Türkiyə yığmasının və “Real Madrid”in (İspaniya) 19 yaşlı yarımmüdafiəçisi Arda Gülər ikinci, PSJ klubunun fransalı gənc ulduzu Uorren Zaire-Emeri (18 yaş) isə üçüncü sırada qərarlaşıb.

Dünyanın ən yaxşı gənc futbolçuları:

1. Lamin Yamal – 17 yaş (“Barselona”, İspaniya)

2. Arda Gülər – 19 yaş (“Real Madrid”, İspaniya)

3. Uorren Zaire-Emeri – 18 yaş (PSJ, Fransa)

4. Endrik -18 yaş (“Real Madrid”)

5. Franko Mastantuono – 16 yaş (“River Pleyt”, Argentina)

6. Kobbi Meynu – 19 yaş (“Mançester Yunayted”, İngiltərə)

7. Joao Neveş – 19 yaş (“Benfika”, Portuqaliya)

8. Dezir Due – 19 yaş ("Renn", Fransa)

9. Leni Yoro – 18 yaş (“Mançester Yunayted”)

10. Estevan Villian – 17 yaş (“Palmeyras”, Braziliya)