Nyu-York birjalarında keçirilən hərraclarda Arabica qəhvəsinin qiyməti Braziliyada soyuq hava ilə əlaqədar kəskin artıb və iyulun əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
"Unikal" xəbər verir ki, minimal şaxta birjada qəhvə tədarükü ilə bağlı narahatlıqları tətikləmək üçün kifayət olduğundan, Arabica fyuçersləri kəskin şəkildə - 7% bahalaşıb.
Qeyd edək ki, ötən həftə sonu Braziliyanın qəhvə plantasiyalarının ərazilərində şaxtalar qeydə alınıb və havanın daha da soyuyacağı gözlənilir. Minas-Gerais və San-Paulo ştatlarında da aşağı temperatur gözlənilir ki, bu da qəhvə məhsuluna zərər verə bilər.