Gəncədə yeniyetməni avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2010-cu təvəllüdü T.Şükür İlahini  "Prius " markalı minik maşını vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla  bağlı araşdırma aparılır.

Tural Əhmədov