İtaliyalı idmançı Valentina Petrillo Paralimpiya Oyunları tarixində ilk transseksual şəxs olacaq.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" xəbər yayıb.
50 yaşlı idmançı İtaliya yığmasının tərkibində 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunlarında iştirak edəcək. O, görmə problemi olan idmançılar kateqoriyasında 200 və 400 metr məsafələrə qaçışda yarışacaq.
Petrillo keçən il dünya çempionatında 200 və 400 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Petrillo 11 dəfə dünya çempionu olub.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 2015-ci ildə transseksuallarla bağlı yeni bir qayda tətbiq etdi: istənilən transseksual qadınların yarışlarında onun orqanizmində testosteronun səviyyəsi icazə verilən həddi aşmasa, iştirak edə bilər.
Parisdə Paralimpiada avqustun 28-də başlayacaq və sentyabrın 8-dək davam edəcək.