Nigeriyanın Taraba əyalətində sərnişin avtobusuna silahlı hücum olub.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən əyalətin Takım-Vukari avtomobil yolunda baş verən hücumda 8 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, ölkə uzun müddətdir müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə də üzləşib.
Fidan Nuriyeva