Bir neçə Afrika ölkəsində yayılan mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantına ilk yoluxma halı İsveçdə qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə İsveç İctimai Səhiyyə Agentliyinin baş direktorunun səlahiyyətlərini icra edən Oliviya Viqzell mətbuat konfransında bildirib.
“Bu, Afrika qitəsi xaricində diaqnoz qoyulan ilk hadisədir. Hadisəyə səbəb xəstəliyə yoluxan şəxsin bu yaxınlarda epidemiya yayılan Afrika bölgəsində olması olub. Zərərçəkmiş Stokholm bölgəsində kömək üçün müraciət edib. Həkimlər xəstənin mpox virusunun daha yoluxucu variantına yoluxduğunu təsdiqləyiblər”, - Viqzell vurğulayıb.