Deputatlığa namizəd Ülvi Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib.
"Unikal" xəbər verir ki, Yasamal rayonunda keçirilən görüş səmimi və açıq dialoq şəraitində baş tutub. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər də iştirak edib.
Ü.Quliyev tədbirdə iştirak edən şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə, bütün iştirakçılara və dostlara təşəkkürünü çatdırıb.
Qeyd edək ki, Ü.Quliyev 15 saylı Yasamal I Seçki Dairəsindən deputatlığa namizəddir.