“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal La Liqanın 3-cü turunda dünən “Rayo Valyekano” ilə keçirilən matçda (2:1) ağır zədə alıb.

"Unikal" xəbər verir ki, 17 yaşlı futbolçunun ön çarpaz bağları zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bu səbəbdən futbolçu bir neçə ay meydana çıxa bilməyəcək. Dəqiq sağalma vaxtı tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Bernal bu mövsüm əsas komandada 3 oyunda iştirak edib.