UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas turnirinin bütün iştirakçıları müəyyənləşib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, turnirə vəsiqə qazanan sonuncu komandalar isə Zaqreb “Dinamo”, Fransanın “Lill”, Belqradın “Srvena Zvezda” və Bratislavanın “Slovan” klubları olub.
“İnter”, “Milan”, “Juventus”, “Bolonya”, “Atalanta”, “Bayer”, “Stuttgart”, “Borussia Dortmund”, “Manchester City”, “Arsenal”, “Liverpool”, “Aston Villa”, “Real Madrid”, “Barselona”, “Girona”, “Atletico”, “Paris Saint-Germain”, “Monako”, “Brest”, “Lil”, “PSV”, “Feyenord”, “Sporting”, “Benfika”, “Şturm”, “Salzburq”, həmçinin “Brugge”, “Dinamo”, “Celtic”, “Sparta”, “Shakhtar”, “Young Boys”, “Red Star” və “Slovan” iştirak edəcək.
Qeyd edək ki, avqustun 29-da Monakoda yeni formatda ilk Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək.
Fidan Nuriyeva