Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Unikal" xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.  Ağdam klubu  2-ci və ya 3-cü səbətdə yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib.

Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-də açıqlanacaq.