1000 seçki məntəqəsində veb-kameralar seçki prosesi üçün hazır vəziyyətdədir.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü mətbuat konfransında deyib.
O qeyd edib ki, kameralar səsvermə protokolları hazırlanana qədər bütün prosesi qeydə alır.
MSK sədri bütün seçiciləri səsverməyə dəvət edib.
M.Pənahov vurğulayıb ki, saat 19:00-da seçki məntəqələri bağlanacaq və ilkin nəticələr hazırlanacaq.
"Gün ərzində səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi beş dəfə olacaq. Məntəqələrdə baş verən hər hansı hadisə ilə bağlı məntəqə seçki komissiyasında dərhal qərar veriləcək".