Rusiya prezidenti Vladimir Putin sovet lideri Nikita Xruşşovun əslində RSFSR-in tərkibində olan Krımı Ukraynaya verdiyini söyləyib.
"Unikal" xəbər verir ki, o, bu barədə Monqolustanda “Onoodor” qəzetinə müsahibəsində danışıb.
Rusiya liderinin sözlərinə görə, Ukraynanın yaradılması prosesi 1917-ci ildə, bu ərazilərdə dəqiq sərhədləri olmayan “qeyri-sabit və qısamüddətli kvazidövlət birləşmələri” yaranmağa başlayanda başlayıb. Putin qeyd edib ki, Böyük Vətən Müharibəsindən sonra İosif Stalin əvvəllər Polşa, Rumıniya və Macarıstana məxsus olan ərazilərin bir hissəsini Ukrayna SSR-ə verib.
"1954-cü ildə N.S.Xruşşov əslində RSFSR-in tərkibində olan Krımı Ukraynaya verdi. Beləliklə, əsasən rusların məskunlaşdığı Donbass da Ukraynaya verildi”, - prezident bildirib.
Gülayə Mecid