Finlandiya 2025-ci ilə qədər Nordik ölkələri arasında aparıcı spirtli içki istehlakçısı ola bilər.

"Unikal" xəbər verir  ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Mütəxəssislər bunu Finlandiya qanunvericiliyində 8 dərəcəyə qədər gücü olan alkoqolun geniş satışına icazə verən qanunıa əlaqələndirirlər.

Məlumata görə, 2020-ci ildə Finlandiya spirt istehlakına görə Skandinaviya ölkələri arasında üçüncü yerdədir. Bununla belə, Milli Səhiyyə və Sosial İnkişaf İnstitutunun məlumatına görə, 2023-cü ildə ölkədə alkoqollu içkilərin ümumi istehlakı 15 yaşdan yuxarı sakinə 8,7 litr təmiz spirt təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2,4% azdır.