Macarıstan avropalı siyasətçilərin şantajına baxmayaraq, Ukrayna ilə bağlı mövqeyinə sadiq qalacaq.
"Unikal" xəbər verir ki, bunu RBC telekanalına müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Siyasətçi münaqişənin həlli ilə bağlı Budapeştin mövqeyinin Qərb siyasətçiləri tərəfindən ləkələnməsindən danışıb. O, bildirib ki, ölkə güclü təzyiq və şantajla üzləşməlidir.
"Bizdən mövqeyimizi dəyişmək tələb olunur, lakin biz bunu etməyə hazır deyilik, çünki macar xalqının iradəsi belədir", - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb. O qeyd edib ki, əksər avropalı siyasətçilər Budapeştin məsələ ilə bağlı mövqeyinə əks arqumentlər təqdim etmirlər.
Gülayə Mecid