Qazaxıstanın paytaxtı Astanada məscidlərin birində insident baş verib.
"Unikal" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bıçaqla silahlanmış bir kişi məscidə daxil olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına tələblər irəli sürüb. O, bildirib ki, bəzi şəxslər həbsdən azad olunmalıdır.