Türkiyə hakimiyyəti BRICS-ə üzv olmaq üçün müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu yolla Türkiyə dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır. Assosiasiyanın genişləndirilməsi məsələsinə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS-in qarşıdan gələn sammitində baxıla bilər.
Gülayə Mecid