İraqdan Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, terrorçulardan biri qırmızı, digəri boz kateqoriyada axtarışda olub.

“Terrorçuların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib”, - paylaşımda qeyd olunub.