Rusiya prezidenti Vladimir Putinin Ulan-Batorda rəsmi qarşılanma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Monqolustanın bütün əsas dövlət qurumlarının iqamətgahlarının yerləşdiyi Sux-Batorun mərkəzi meydanında Rusiya Federasiyasının rəhbərini həmkarı Uxnaaqiyn Xurelsux şəxsən qarşılayıb.

*** 09:41

Rusiya prezidenti Vladimir Putin Monqolustana səfər edib.

"Unikal" xəbər verir ki, Rusiya liderinin təyyarəsi Ulan-Bator hava limanına enib.

Səfərin iki gün davam edəcəyi bildirilib. Onun Monqolustan lideri ilə görüşü baş tutacaq.

Zərifə Nağıyeva