Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) mühüm əməliyyat həyata keçirib.
"Unikal" xəbər verir ki, MİT Türkiyədə MOSSAD-ın pul şəbəkəsini idarə etməkdə şübhəli bilinən Liridon Rexhepi həbs edib.
Rexhepi, İsrail Milli Kəşfiyyat İdarəsinin işi nəticəsində Türkiyədə fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar aparan və Suriya sahəsində məlumatlar toplayan sahə personalına pul köçürürmüş. Liridon Rexhepinin maliyyə hesablarında aktivlik aşkarlanıb.
Rexhepinin "Western Union" vasitəsilə Türkiyədəki sahə personalına çoxlu pul köçürmələri də etdiyi müəyyən edilib. Rexhepinin bütün hərəkətləri, xüsusən də hesablarındakı şübhəli hərəkətlər izlənilib. Liridon Rexhepi 25 avqust 2024-cü il tarixində Türkiyəyə daxil olduğu andan addım-addım izlənilməyə başlanıb və fəaliyyəti qeydə alınıb. Bu mərhələdən sonra İstanbul Polis TEM Şöbə Müdirliyi ilə koordinasiya qurulub. Rexhepi avqustun 30-da İstanbul Polisi TEM Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Polisə verdiyi ifadədə pul köçürmələri etdiyini etiraf edən Liridon Rexhepi məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Gülayə Mecid