Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan seçməsi UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.