Kristiano Ronaldo futbol tarixində 900 qola çatan ilk oyunçu olub.

"Unikal" xəbər verir ki, o öz rekord qolunu sentyabrın 5-də Millətlər Liqasında Portuqaliya-Xorvatiya matçında (2:1) vurub.

Futbol tarixində qol sayına görə ikinci yeri argentinalı Lionel Messi (838), üçüncü yeri braziliyalı Pele (762) tutur.