Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarını medalsız başa vurub.

"Unikal" xəbər verir ki, +70 kq çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə çinli Honqyu Vanq ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kərimova mükafat qazana bilməyib.