Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə Slovakiyanın qonağı olub. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Slovakiya komandasının qollarını 22-ci dəqiqədə Ondrey Duda və 26-cı dəqiqədə David Strelets vurublar.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə doğma meydanda İsveç seçməsinə məğlub olub - 1:3.
*** 21:00
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
"Unikal"ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.
*** 20:35
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçına növbəti qol vurulub.
"Unikal"ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.
26-cı dəqiqədə David Strelec komandasının üstünlüyünü möhkəmləndirib.
***
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçına hesab açılıb.
"Unikal"ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.
***20:25
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçına start verilib.
"Unikal"ın məlumatına görə, C Liqasının I qrupunun görüşü “Koşitse Futbol Arenası”nda keçirilir.
Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.
*** 20:00
Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
II tur
8 sentyabr
20:00. Slovakiya - Azərbaycan
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.