Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, həlledici mərhələyə gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya 2:1 hesabı ilə qalib gəlib.

XXX

10:23

Bu gün Azərbaycanın minifutbol komandası "Birbaşa Bakı" Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında "Andezit" (Ukrayna) ilə üz-üzə gələcək.

"Unikal" xəbər verir ki, turnirin yarımfinal oyunu Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya 2:1 hesabı ilə qalib gəlib.