Argentina milli komandasının hücumçusu və səkkiz dəfə “Qızıl top” mükafatının sahibi Lionel Messi etiraf edib ki, keçmiş "Çikaqo Bullz" və ABŞ millisinin basketbolçusu Maykl Cordanı tarixin ən böyük idmançısı hesab edir.

"Unikal" xəbər verir ki, onun sözlərini SPORTF "X" sosial şəbəkəsində yazıb.

“Düşünürəm ki, idmana gəldikdə, Maykl Cordan ən böyükdür. “Son rəqs”ə baxdıqdan sonra ilhamlandım və onun kim olduğu haqqında daha çox öyrəndim”, – deyə Messi bildirib.

Ekspertlərin fikrincə, Cordan tarixin ən yaxşı basketbolçusudur. O, ikiqat Olimpiya çempionudur.