Fransanın birinci xanımı Bricit Makron "Netflix" serialında rol alacağı bildirilib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, birinci xanım "Emily in Paris" serialında öz epizodik rolunu oynayacaq.
“Elle” jurnalı Makronun prezidentin xanımı dəbi ilə tanınan serialda “heç bir xüsusi göstəriş olmadan” öz paltarlarını geyinəcəyini yazıb.
Qeyd edək ki, xanım ikinci dəfədir ki, ekranda özünü oynayır. O, 2018-ci ildə də iki əlil üzgüçüdən bəhs edən Fransız komediya serialı olan “Vestiaires”də rol almışdı.
Fidan Nuriyeva