Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Xəzər rayonun Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Kamaz" markalı yük maşını ilə evakuator toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza ötən gün baş verib.

Faktla bağlı araşdırma aparılır.

Anar Kəlbiyev