İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib.

"Unikal"ın məlumatına görə, İlqar Məmmədov bu barədə sosial şəbəkədə yazıb.

"MSK bugün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun video müraciətim də olacaq", - deyə o qeyd edib.