İngiltərə millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Yığmaya baş məşqçilik etmək üçün namizədlərin arasında Eddi Hou, Qrem Potter və Frenk Lempard da var. İngiltərə Futbol Assosiasiyası sözügedən mütəxəssisləri diqqətdə saxlayır.
Federasiyanın prioriteti isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladır. Müvəqqəti baş məşqçi kimi ilk 2 oyununda qələbə qazanan Li Karslinin indi daimi çalışdırıcı olmaq üçün yaxşı fürsəti var.
Bildirilir ki, assosiasiya DÇ-2026-nın seçmə mərhələsi başlayanadək yeni baş məşqçi təyin edəcək.
Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt bu ilin iyul ayında vəzifəsindən istefa verib. O, bu addımı milli ilə Avro-2024-ün finalında İspaniyaya uduzduqdan sonra atıb. Sautqeyt ötən ay Texniki Müşahidəçilər Komitəsinin daimi üzvü olub.